İranda həbs olunan xanım jurnalist SƏRBƏST BURAXILA BİLƏR
    • 7-10-2019, 12:27
    • 1 030

İranda həbs olunan xanım jurnalist SƏRBƏST BURAXILA BİLƏR

Rusiya bu həftə Tehranda saxlanılan  jurnalist Yulia Yuzikin sərbəst buraxılmasına ümid edir.

News24.az "RİA"-ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin Asiya ikinci şöbəsinin direktoru Zamir Kabulov çıxış edib.

Diplomatın sözlərinə görə, Rusiyanın İrandakı səfiri oktyabrın 5-də İran Xarici İşlər Nazirliyində olub. Z.Kabulov "Məhkəmə prosesi başa çatır və ümid edirik ki, tezliklə sərbəst buraxılacaq" dediyib. O, əlavə edib ki, jurnalistin sərbəst buraxılması bu həftə baş verə bilər.