Karantin qaydalarını pozan 7 müəssisə cərimələndi - SİYAHI
    • 16-08-2021, 16:35
    • 348

Karantin qaydalarını pozan 7 müəssisə cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan News24.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 15-də ölkə üzrə 405 ictimai iaşə obyektində 691 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu‎, T. Əliyarbəyov küç., ev 14m ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus “Özsüt” restoranı;

2 .Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çoban oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus restoran;

5. Bakı şəhəri, Nəsimi rayonu, Səfəroğlu küçəsi 170 ünvanında yerləşən, fiziki şəxs Şahmurov Natiq Aqil oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küç., ev 67, m. 3 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;

7. Bakı şəhəri, Nərimanov rayonu, Neymətulla küçəsi 80 ünvanında yerləşən, fiziki şəxs Həsənov Ruslan Arif oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.