-
- 16-08-2021, 17:33
- 631
“Məcburi gətirilmə nədir?” - Baş Prokurorluq cavablayır - Video
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Məcburi gətirilmə nədir?”, “Məcburi gətirilmə hansı hallarda tətbiq edilə bilər?”, “Kimlər məcburi gətirilə bilməz?” suallarını cavablandırıb.
Video-izahı izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.