Bakıda çökmüş yolun altında tunel aşkarlandı - FOTO
    • 16-07-2018, 10:03
    • 1 075

Bakıda çökmüş yolun altında tunel aşkarlandı - FOTO

"Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb".

News24.az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.


A.Nəcəflinin sözlərinə görə, ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır:


"Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı məlumat veriləcək".


//Milli.az