"Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə yardım göstərməyə hazırdır" - XİN
    • 17-08-2021, 14:17
    • 599

"Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə yardım göstərməyə hazırdır" - XİN

"Lazım olarsa, Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə təcili yardım göstərməyə hazırdır".

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyininin "Twitter" səhifəsində yazılıb.

Paylaşımda deyilir:

“İsraildə baş verən dağıdıcı meşə yanğınlarını diqqət və həyəcanla izləyirik. Lazım olarsa, Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə təcili yardım göstərməyə hazırdır”.