Elektrik dirəyinə çıxan Ucar sakinini cərəyan vurub öldürdü
    • 18-08-2021, 09:37
    • 427

Elektrik dirəyinə çıxan Ucar sakinini cərəyan vurub öldürdü

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ucar rayon prokurorluğunun News24.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.