"Taliban" müharibədə qalib gəldi - Avropa İttifaqı Əfqanıstanda yeni hakimiyyəti tanıya bilər
    • 18-08-2021, 10:11
    • 773

"Taliban" müharibədə qalib gəldi - Avropa İttifaqı Əfqanıstanda yeni hakimiyyəti tanıya bilər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell ittifaqın "Taliban"ın Əfqanıstandakı hakimiyyətini tanıyacağını istisna etməyib.

News24.az xəbər verir ki, bu barədə "Parlament qəzeti"ndə yazılıb. C.Borrell bildirib ki, "Taliban" müharibəni qazanıb: "Buna görə də köçün və humanitar böhranların qarşısını almaq üçün Kabildə yeni səlahiyyətlilər kim olursa olsun, danışmalıyıq".

O qeyd edib ki, Əfqanıstanda "Taliban" qüvvələrinin tanınması məsələsi onların gələcək addımlarından asılı olacaq. 

Burada xüsusilə söhbət ölkədə hakimiyyətin dinc yolla əhalinin bütün təbəqələrini təmsil edən hökumətə ötürülməsindən və yeni hökumətin ölkə sakinlərinin hüquqlarına riayət etməsindən gedir. 

Borrell vurğulayıb ki, hazırda söhbət yalnız dialoqdan gedir, taliblərin dövlət başçısı kimi tanınmasından deyil.