-
- 3-08-2021, 09:10
- 553
Əfqanıstan "Taliban"la sülhə və hakimiyyəti paylaşmağa hazırdır
Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar ölkənin rəsmi orqanlarının "Taliban" hərəkatı ilə əməkdaşlığa hazır olduğunu söyləyib.
News24.az xəbər verir ki, XİN başçısı bununla bağlı şərt də ilə sürülüb. O bildirib ki, hərəkat terroru dəstəkləməyi dayandırmalıdır: ""Taliban"la işləməyə, onları hökumətə götürməyə, onlarla sülhə və onlarla hakimiyyəti paylaşmağa hazırıq. Bunun üçün çox şərtimiz yoxdur. Yalnız bir şey - ölkə daxilində Əfqanıstanın gələcəyi Əfqanıstan xalqının azad iradəsi ilə həll edilməli və xarici sərhədlərdə Əfqanıstan təhlükə yaratmamalıdır. Başqa bir ölkəyə və heç bir xarici terrorçu qüvvəmizə sahib olmamalıyıq... Hökumətimiz, terroru dəstəkləməyi dayandırmaq şərti ilə "Taliban"ı bir hissəsi olaraq qəbul etməyə hazırdır".