DİN Cəlilabadda nəzarət tədbirləri keçirdi
    • 19-08-2021, 11:30
    • 409

DİN Cəlilabadda nəzarət tədbirləri keçirdi

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətindən News24.az-a Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb. Bir daha izah edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.