Lənkəranda narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanıldı- Foto
    • 19-08-2021, 12:13
    • 266

Lənkəranda narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanıldı- Foto

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Liman şəhər sakini H.Novruzov saxlanılıb. Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 2-3 metr hündürlüyündə, ümumi çəkisi  22 kiloqram olan  89 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.