“Peyğəmbər belə 6 övladına YAS SAXLAMADI, Quranda AŞURA YOXDUR” - Elşad Miri
    • 19-08-2021, 15:18
    • 2 481

“Peyğəmbər belə 6 övladına YAS SAXLAMADI, Quranda AŞURA YOXDUR” - Elşad Miri

“İslam dininin yeganə mənbəyi Qurandır. Quranda isə Aşura ilə bağlı heç bir mənbə yoxdur və bu, sonralar ortaya çıxmış bir məsələdir. Aşuranı bizə fərqli şəkildə təqdim edirlər. İmam Hüseyn Aşura günü haqq uğrunda qətlə yetirilib. Bunu dana bilmərik. Ancaq həmin şəxsin cənnətlik olduğuna inanırlarsa, insanlar özlərini niyə döyürlər?” 

Bunu News24.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, İslam dinində insanın özünü döyməyi ilə bağlı heç bir fikir yoxdur: “Peyğəmbərimizin sağlığında 6 övladı öldü. O, nə 6 övladına görə özünü döydü, nə də kiməsə bunu tövsiyə etdi.  Hətta onun səhabələri belə özlərinə əzab vermədilər. Həmçinin səhabələri peyğəmbərin övladlarının yasına görə qan vermədilər və qan çıxarmadılar.

Rəvayətlərə görə, Yəhya peyğəmbəri və atası Zəkəriyyə peyğəmbəri qətlə yetiriblər. Allah Quranda peyğəmbərlər arasında heç bir fərq qoyulmamasını istəyir. Biz peyğəmbərlərə yas saxlamırıqsa, Aşuranı qeyd etməyimiz nə dərəcə düzgündür?”