-
- 20-08-2021, 11:15
- 482
"Sərtləşdirməyə getməyə ehtiyac yoxdur" - Prezident köməkçisi
"Hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur. Təbii ki, təzyiq var, ancaq hazırda xəstələnənlərin öhdəsindən gələ bilirik. Amma bu, o demək deyil ki, heç vaxt qapanmaya getməyəcəyik. Xəstəxanalarda yer olmasa, tibb personalı çox yüklənsə, məcburən qapanmalara gedə bilərik".
News24.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.