"Vəzifəsindən sui-istifadə edən tibb işçiləri ilə bağlı məsələlər araşdırılır"
    • 20-08-2021, 11:35
    • 395

"Vəzifəsindən sui-istifadə edən tibb işçiləri ilə bağlı məsələlər araşdırılır"

"Vəzifəsindən sui-istifadə edən tibb işçiləri ilə bağlı məsələlər araşdırılır, cinayət işləri açılır. Bütün Bunlar xoşagəlməz hərəkətlərdiR. Saxta vaksin sənədi alan vətəndaşlar tək özlərini yox, həm də yaxınlarının həyatını riskə atırlar. Tibb personalına buradan bir daha xəbərdarlıq edirik ki, məsuliyyətə cəlb olunacaqlar".

News24.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.