"Taliban" əfqanların Kabil hava limanına girişini əngəllədi
    • 20-08-2021, 15:13
    • 556

"Taliban" əfqanların Kabil hava limanına girişini əngəllədi

Radikal "Taliban" hərəkatının döyüşçüləri Əfqanıstan vətəndaşlarının Kabil hava limanına girməsinə icazə vermir. 

News24.az xəbər verir ki, bu barədə "al-Arabiya" məlumat yayıb. 

Qeyd edək ki, Əfqanıstandan bütün quru sərhəd keçidləri hazırda "Taliban" tərəfindən idarə olunur. Diplomatlar və xarici missiyalarda işləyən əfqanlar da daxil olmaqla xarici işçilərin təxliyəsi ABŞ və digər NATO ölkələrinin Kabildə yerləşən yeganə hava limanını vasitəsi ilə həyata keçirilir.