"Taliban":
    • 20-08-2021, 17:09
    • 487

"Taliban": "Əfqanıstanın yeni konstitusiyası olacaq"

"Əfqanıstanın yeni konstitusiyası olacaq".

News24.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında "Taliban"ın siyasi bürosunun sözçüsü Məhəmməd Naim deyib. 

Onun sözlərinə görə, hazırda ölkədə fövqəladə vəziyyət hökm sürür: "Biz hələ də keçid mərhələsindəyik. Ölkənin nazirliklərinə və hökumətinə gəlincə, vəziyyət bir neçə gün ərzində aydınlaşacaq."

Məhəmməd Naim ölkədə idarəetmə forması haqqında danışmağın hələ tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Taliban" Əfqanıstanın bütün dünyadakı səfirlikləri ilə əlaqə saxlayır.

O həmçinin hal-hazırda Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan etmədiklərini deyib.