Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
    • 21-08-2021, 15:34
    • 565

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

News24.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb.

“Kollegiyanın üzvləri” bölməsində “ Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri isə “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib

Bundan əlavə, kollegiyasının tərkibinə Təhsil İnstitutunun direktoru və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.