Ağdaş sakinindən “patı” götürüldü
    • 21-08-2021, 17:29
    • 407

Ağdaş sakinindən “patı” götürüldü

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Elmin Xəlilzadə saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.