Xatirə də Sevil-Sevincə cavab verdi: “Başınızdan böyük danışmısız”
    • 16-07-2018, 10:39
    • 1 943

Xatirə də Sevil-Sevincə cavab verdi: “Başınızdan böyük danışmısız”

Xəbər verdiyimiz kimi, müğənnilər Sevil və Sevinc Səfərovalar “ATV maqazin 10 larla” verilişində bir neçə qalmaqallı açıqlama ediblər. 

Həmin açıqlamalardan biri də həmkarları Xatirə İslam haqqında olub. 

Belə ki, əkizlər Xatirə İslama yeni fotosessiya etdirməyi məsləhət görüblər. Daha sonra isə ifaçının mahnısını bəyəndiklərini, lakin bir qədər Damlanın mahnısına bənzədiyini bildiriblər. 

Sözügedən açıqlamadan sonra X.İslam şəxsi instagram səhifəsində paylaşım edərək Sevil və Sevinc Səfərovalara səslənib:

“Mənim gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, başınızdan böyük danışmısız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, sənətə təzə gəlmiş, heç bir uğura imza atmamış gənc dəliqanlı qızlar necə olur ki, 18 il peşəkar sənətdə olan və Azərbaycanın bütün korifeylərindən dərs alan sənətçiyə fikir bildirir?

Mən sizi başa düşürəm. Çoxdandır efirdə yoxsunuz, təzə hit mahnı da yoxdur.Bununla gündəmə gəlmək istədiniz? 

Mən ailə qurduqdan sonra 1 il efirə çıxmadım və unudulmadım da. Olduğum yerdən məmnunam. Hamı qulağını açıb eşitsin ki, sənəti ən azı mənim qədər olanlar adımı çəkə bilər. Gedin, bu sənətə necə və niyə gəldiyinizi oturub düşünün. Başınızdan böyük yerlərə burnunuzu soxmayın. 

Adam gündəmdə olmaq üçün hər şeyi etməz. Ondansa gözəl vokal və ya muğam dərsi keçib, oxumağı öyrənə bilərdiz. Nə qədər ki, səs və sənət yoxdur, heç vaxt sözünüzün kəsəri olmayacaq. 

Bu günə qədər görmüsünüz ki, sənəti olan insan mənim haqqımda danışsın? Çünki sənəti olan məni başa düşər. 

Bu gün kimlərsə ortada, gündəmdə ola bilər gözəlim, amma bil ki, ifa edə bilən içəri girdisə, həmin adam stolun altında olur.
Son sözü bilirsiz kim deyir? Sənəti olan!”

Teymur Məmmədov