-
- 24-08-2021, 12:06
- 1 188
"Səni axtarıram”ın ARB -də yayımı nəzərdə tutulmayıb"
Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı "Xəzər" TV-dən rəsmi olaraq ayrılıb.
Müəyyən sosial şəbəkə səhifələrində X. Hidayətqızının ARB Televiziyasına transfer olması barədə məlumatlar yer alır.
Bu məlumatların nə dərəcədə doğru olmasını müəyyənləşdirmək üçün ARB 24 MMC-nin mətbuat xidmətinin rəhbəri Mail Əsgərovla əlaqə saxladıq.
M.Əsgərov News24.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib: "ARB telekanalı növbəti mövsümə hazırlıqlara may-iyun aylarından başlayıb. Xoşqədəm Hidayətqızının “Xəzər” telekanalından ayrılması ilə bağlı xəbəri biz də mətbuatdan yeni öyrənmişik. Oktyabr ayında başlayacaq yeni mövsümlə bağlı konsepsiyamız artıq hazır olduğundan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin ARB telekanalında yayımı nəzərdə tutulmayıb".