Dünən 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanıldı
    • 24-08-2021, 12:22
    • 255

Dünən 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanıldı

Avqustun 23-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.