"35 min təhsil işçisi əsk-göstəriş haqqında arayışı təqdim edib, amma..." - Nazir müşaviri
    • 24-08-2021, 13:04
    • 411

"35 min təhsil işçisi əsk-göstəriş haqqında arayışı təqdim edib, amma..." - Nazir müşaviri

"Vaksinasiya prosesi başlayandan 35 min təhsil işçisi əsk-göstəriş haqqında arayışı təqdim edib".

News24.az xəbər verir ki, sözləri təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, allergik rinit və ya yüngül şəkərli diabetdən əziyyət çəkənlər poliklinikalardan həmin arayışları gətirərək əks-göstəriş kimi təqdim ediblər: "Amma avqust ayının 9-dan Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən vahid əks-göstəriş forması hazırlanıb və poliklinikalarda bu verilir. Biz ötən həftədən rayon təhsil şöbələrinə tapşırıq verdik ki, həmin 35 minə yaxın əməkdaşımız vahid formada olan əks-göstəriş sertifikatını təqdim etsinlər".