Peyvənd vurdurmayan şagirdlərin valideynləri  MƏKTƏBƏ BURAXILMAYACAQ? - Təhsil Nazirliyi AÇIQLADI
    • 13-08-2021, 13:55
    • 1 035

Peyvənd vurdurmayan şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMAYACAQ? - Təhsil Nazirliyi AÇIQLADI

Rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin valideynlərinə vaksinasiya ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə News24.az-a valideynlər tərəfindən məlumat daxil olub.

Bildirilir ki, şagirdlərin valideynləri dərs mövsümü başlayanadək peyvənd olunmalıdır. Əks halda həmin valideynlər uşağını dərsə gətirdikdə məktəbə buraxılmayacaq. Hətta həmin valideynlərin uşaqlarına dərsliklər verilməyəcək.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlama verib.

O informasiyanı təkzib edib: “Təhsil Nazirliyi tərəfindən heç bir məktəbə belə bir göstəriş verilməyib”.