Heykəltəraş Xanlar Əhmədov: "Tağıyevin heykəli sabah quraşdırılacaq"

Heykəltəraş Xanlar Əhmədov: "Tağıyevin heykəli sabah quraşdırılacaq"
MƏDƏNİYYƏT

24-08-2021, 16:16

Mətn ölçüsü

"Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq".

News24.az xəbər verir ki, bu barədə heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib: "Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır".

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyasının qarşısında ucaldılacaq. /apa.az