-
- 6-09-2019, 16:45
- 3 887
Xanlar Əhmədov: “Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı mənfi rəy verməyə tələsiblər”
“Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı eskizimin seçilməsi məni sevindirdi. Heykəlin üstündə çox çalışmışdım. Zəhmətim hədər getmədi”.
Bu sözləri News24.az-a açıqlamasında Azərbaycanın xalq rəssamı Xanlar Əhmədov Hacı Zeynalabdın Tağıyevin heykəlinin hazırlanması üçün təşkil olunan müsabiqədə onun layihəsinin qalib gəlməsinə münasibət bildirərkən deyib.
X.Əhmədov qəbul olunan heykəl eskizinin 10 il bundan qabaq hazırladığını açıqlayıb: “Bu işi on il bundan öncə hazırlamışdım. Azərbaycanın görkəmli şəxsiyyətlərinə aid sərgi hazırlamaq istəyirdim. Müsabiqə elan olunandan sonra isə daha iki variant hazırladım. Təbii ki, hazırkı variantın üzərində də işlədim”.
X.Əhmədov heykəl haqda mənfi fikir bildirənlərə də münasibət bildirib: “Bu heykəl ayaqüstü tək fiqur olsa da onun pastamentində baralyeflər nəzərdə tutmuşam. Orada Hacı Zeynalabdin Tağıyevin bütün həyatı əks olunacaq. İndidən fikir söyləyənlər çox tələsiblər. Gözləsinlər bir az...”
O, heykəlin hazırlanma müddəti barədə isə bunları deyib: “Heykəlin hazırlanma müddəti sifarışın açılması, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı İcra Hakimiyyətindən asılıdır. Onlar nə qərar çıxarsalar, o da olacaq”.
X.Əhmədov onu da deyib ki, heykəl tuncdan, baralyeflər isə qırmızı və qara qrafitdən ibarət olacaq. Heykəltəraşın sözlərinə görə, əgər heykəlin yeri dəyişməsə, ölçüsü 3-3,5 metr, pyedestal isə 1-1,5 metr hündürlükdə olacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.