Sabahdan bu marşrut xətti də Bakı Kartla olacaq
    • 24-08-2021, 16:24
    • 366

Sabahdan bu marşrut xətti də Bakı Kartla olacaq

Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək.

News24.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədə paylaşıb.

Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.