-
- 25-08-2021, 14:12
- 1 332
"Zəfər tarixi" kursu üçün xüsusi dərslik hazırlandı
Təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrə əsasən yeni dərs ilindən IX siniflərdə "Zəfər tarixi" kursu tədris ediləcək. Kurs dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə həyata keçiriləcək.
Bəs, "Zəfər tarixi" kursu şagirdlərə kim tərəfindən və hansı dərslik üzrə tədris ediləcək?
Məsələ ilə bağlı Təhsil Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Zəfər tarixi” kursunu tarix müəllimləri tədris edəcək.
Nazirlikdən həmçinin bildirilib ki, məktəbin yerləşdiyi ərazidə yaşayan və ya işləyən müharibə iştirakçılarının, eləcə də şəhid ailəsi üzvlərinin məşğələlərə dəvət olunması da nəzərdə tutulub: Bu, Zəfər tarixi” dərslərinin daha səmərəli keçirilməsinə xidmət edəcək.
Təhsil Nazirliyindən verilən məlumatda o da qeyd edilib ki, həftədə 1 dəfə tədris ediləcək kurs üçün xüsusi dərslik hazırlanıb.