“WhatsApp”da yeni funksiya – Bu nömrələr blok olunacaq
    • 27-02-2019, 10:33
    • 1 753

“WhatsApp”da yeni funksiya – Bu nömrələr blok olunacaq

Son zamanların ən çox istifadə edilən messenceri “WhatsApp”da yeni funksiya yaradılıb.

News24.az xəbər verir ki, artıq istifadəçilər istəkləri olmadan hansısa qrupa əlavə olunduqda onlara razı olub-olmamaqları ilə bağlı bildiriş göndəriləcək. Bundan əlavə, qrupa qoşulmaq təklifləri ancaq mobilin telefon kitabçasında qeyd olunan şəxslərdən gələ bilər. Qeyd olunmayan nömrələr isə avtomatik olaraq blok olunacaq.

“WhatsApp”ın yaradıcıları bu yeniliklə istifadəçilərin narazılığına son qoyub. 

Teymur MƏMMƏDOV