"Dünyamız murdarlanır..." - XATİRƏ İSLAM
    • 26-08-2021, 11:04
    • 839

"Dünyamız murdarlanır..." - XATİRƏ İSLAM

Müğənni Xatirə İslamın sosial şəbəkədə yazdığı statusu diqqət çəkib.

News24.az xəbər verir ki, ifaçı sıxıdığını bildirib: "Sizə elə gəlmir ki, son vaxtlar həyat çox maraqsız, mənasız və eyni zamanda çox adiləşdi? Artıq insanlar bu həyatdan sağlamlıqdan başqa heç nə istəmir. İnsanlar dəyişir, bunu günbəgün hiss etmək olur artıq. Bu gözəl dünyanı insan əlləri yaratdı, insan əlləri də məhv etdi. Ana balaya, bala anaya yadlaşır. Hamı bir-birini aldadıb, özünə xeyir güdür. Allahım, özün kömək ol. Dünyamız murdarlanır".