"Sağlamlığında problem olduğunu öyrənirsən və içini qorxular sarır..." - AYSUN
    • 7-05-2020, 10:56
    • 853

"Sağlamlığında problem olduğunu öyrənirsən və içini qorxular sarır..." - AYSUN

Gənc müğənni Aysun İsmayılova sosial şəbəkədə yazdığı statusla diqqət çəkib.

News24.az xəbər verir ki, müğənni sağlamlığı ilə bağlı problemlərinin olduğunu qeyd edib: "Həyat çox qəribədir. Özünü çox sağlam bildiyin halda, təsadüfən sağlamlığında problem olduğunu öyrənirsən və içini qorxular sarır. Bir anlıq etdiyin və edə bilmədiyin şeylərə görə peşmanlıq çəkirsən...Həyat çox qısadır. Onun üçün çalışın həyatınızı gözəl yaşayın, pis əməllərdən uzaq olun. Heç kimi incitməyin, yaxşı insan olun".

Sevda Bayramova