Tom Kruzun 140 min dollarlıq avtomobili oğurlandı
    • 27-08-2021, 16:46
    • 456

Tom Kruzun 140 min dollarlıq avtomobili oğurlandı

Məşhur Hollivud aktyoru Tom Kruzun BMW markalı avtomobili oğurlanıb.

News24.az xəbər verir ki, hadisə İngiltərənin Birminhem şəhərində "Mümkünsüz tapşırıq 7" filminin çəkilişləri zamanı baş verib. 

Tom Kruzun cangüdəni 140 dollar dəyəri olan BMW X7  avtomobilini aktyorun qaldığı otelin yaxınlığında saxlayıb. 

Oğrular radio siqnal ötürücüsündən istifadə edərək avtomobilin elektron kilidini sındırıblar. Polis avtomobili elektron izləmə sistemi sayəsində tapıb.

Avtomobili yarı yolda atıb qaçan oğrular, aktyorun minlərlə dollar dəyəri olan baqajı və şəxsi əşyaları özləri ilə aparıblar.

59 yaşlı aktyor baş verənləri öyrənəndə qəzəblənib.