Peyvənd olunanların sayı açıqlandı
    • 28-08-2021, 16:17
    • 427

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 101 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 451 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir.