-
- 15-11-2018, 15:05
- 1 087
Toylara telefonla giriş qadağan olunur - VİDEO
İnsanların şadlıq saraylarının zallarına mobil telefonsuz daxil olması təklif olunur. Bu təklifin səslənməsində də bəzi səbəblər var. Əsas səbəblərdən biri isə odur ki, günü-gündən çıxan mobil telefonlar fotoqraflara olan tələbətatı azaldıb. Yəni hər bir insan daha çox mobil telefonla şəkil çəkməyə üstünlük verir ki, belə olan halda fotoya və fotoqrafa ehtiyac qalmır.
ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Belə bir təkliflə jurnalist Aqil Ələsgər çıxış edib. Onun fikrincə insanların toylarda mobil telefondan həddən artıq istifadəsi digər qonaqların rahatlığını pozur.
Aqil Ələsgər – Jurnalist: "Onsuz da kamera görəndə toya pasport şəkili çəkdirməyə gəldiyini yadına salan millətik. Canlı yayın görəndə özlərini daha narahat hiss edirlər. Yəni, meydan qızışan kimi başlayırıq canlı yayıma və beləcə insanların istirahət hüququnu pozuruq”.
Bir vaxtlar toyda insanların gözü fotoqrafı axtarardı. İndi isə zaman dəyişib. Fotoqraf bizi axtarır.
Sakin: "Əgər bununla ucuz başa gəlirsə niyə fotoqrafa pul verməliyəm”.
10 ildən çoxdur toylarda foto çəkməklə məşğul olan Məhəmməd də toya gələn qonaqlardan gileylənir. Son illər fotoqraflara tələbatın azaldığını deyən müsahibimizin sözlərinə görə, nə qədər yüksək meqapikselli telefon olursa olsun, fotoaparatın yerini verməz.
Məhəmməd Vəliyev – Fotoqraf: "Hamı telefonla çəkməyə maraq göstərir. Amma fotoya gələndə hamı biganə yaraşır. Toylarda belə getsə fotonu yığışdıracaqlar. Hamı çəkə bilər amma fotoqraf kimi çəkə bilməz”.
Təxminən hər birimiz bir toyda 4-5 saat iştirak edirik. Bəs bizim elə də böyük olmayan bu müddətdə telefonsuz qala bilməməyimizin səbəbi nədir?
Gülnar Orucova – Psixoloq: "İnsanlar daha çox təmtəraq, geyimləri, oldugu yeri digər insanlara göstərmək istəyir. Bu gün bizim toya telefonla getməyimiz bizim istirahətdən çox beynimizi yükləyir. Biz davamlı şəkil çəkirik, bəyənmirik yenisini çəkirik bir də görürük toy bitdi”
Əslində isə bu hal yalnız toylarda deyil, həmişə yaşanır. Artıq hər dəqiqəni, yeyib içdiyini belə çəkib paylaşmaq adi hal alıb. Ekspertlər hesab edir ki, bu gedişlə fotoqraflıq sənəti ümumiyyətlə sıradan çıxa bilər. Məsələdən birdəfəlik çıxış yolu isə, görünmür.