Günəşdə 3 gündür güclü partlayışlar qeydə alınır
    • 28-08-2021, 19:55
    • 454

Günəşdə 3 gündür güclü partlayışlar qeydə alınır

Günəşdə ardıcıl üçüncü gündür partlayışlar davam edir.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer İdarəsinin Kosmik Hava Proqnozları Mərkəzinin saytında məlumat yayılıb.  

Bildirilib ki, son 24 saat ərzində elm adamları "C" sinfinə aid yeddi partlayış müşahidə ediblər. Bu gün səhər isə daha güclü "M" sinfinə şamil edilən partlama baş verib.