Prezident İlham Əliyev qızıl medallar qazanan idmançılarımızı təbrik etdi
    • 29-08-2021, 17:21
    • 415

Prezident İlham Əliyev qızıl medallar qazanan idmançılarımızı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

News24.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.