Ermənistanın XİN başçısı Rusiyaya gedir - Qarabağla bağlı razılaşma müzakirə ediləcək
    • 30-08-2021, 11:42
    • 556

Ermənistanın XİN başçısı Rusiyaya gedir - Qarabağla bağlı razılaşma müzakirə ediləcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 30-da Rusiyaya işgüzar səfər edəcək.

News24.az xəbər verir ki, onun səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşü, daha sonra isə mətbuat konfransı keçirməsi planlaşdırılır. 

A.Mirzoyan həmçinin KTMT baş katibi Stanislav Zas ilə də görüşəcək.

Səfər zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Qarabağla bağlı razılaşmaların həyata keçirilməsindəki irəliləyiş, o cümlədən humanitar məsələlər, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsinə baxılacaq.