İtaliyada evtanaziya ilə bağlı referendum keçiriləcək
    • 30-08-2021, 11:56
    • 296

İtaliyada evtanaziya ilə bağlı referendum keçiriləcək

İtaliyada evtanaziya (həyatına könüllü son vermək) ilə bağlı referendum keçirmək üçün petisiya başlanılıb. 

News24.az xəbər verir ki, sözügedən referendumun keçirilməsi üçün 500 min imza yetərlidir. Amma məsələyə artıq 750 min şəxs müsbət reaksiya verib. 

Qeyd edək ki, referendumun 2022-ci ildə keçirilməsi planlaşdırılır. 

Evtanaziyanı dəstəkləyənlər isə məşhurlar, ictimai xadimlər, həmkarlar ittifaqı rəhbərləri, millət vəkilləri və hətta Nazirlər Kabinetinin bəzi rəsmiləridir.

İrlandiya və İtaliya Avropada evtanaziyanın qadağan edildiyi yeganə ölkədir.

İtaliya qanunlarına görə, bu prosesi həyata keçirənləri 5 ildən 12 ilə qədər həbs cəzası ilə gözləyir.