Koronavirus xəstəsi barəsində cinayət işi başlanıldı
    • 2-09-2021, 14:09
    • 330

Koronavirus xəstəsi barəsində cinayət işi başlanıldı

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıb.

Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində  nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.