-
- 3-09-2021, 10:39
- 744
Boğulan şəxsi xilas etmək istəyən gənc polis həyatını itirdi
Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərinlik və yüksək dalğalar ona xilasetmədə mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.
Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!