Uşaqlara seksual hərəkətlər edən və spirtli içki içirən keşiş həbs olundu
    • 3-09-2021, 11:37
    • 352

Uşaqlara seksual hərəkətlər edən və spirtli içki içirən keşiş həbs olundu

Rusiyada keşiş 3 azyaşlıya cinsi xarakterli hərəkətlər edib, onlardan birinə zorla spirtli içki içirib.

News24.az xəbər verir ki, bununla bağlı Orenburq vilayətinin Asekeyevski rayonundakı kilsədə xidmət edən keşişə cinayət işiaçılıb. 

Məhkəmənin hökmü ilə o, ağır rejimli islah koloniyasında 13 il həbs cəzasına, habelə həbs müddəti bitdikdən sonra 1,5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.