"Pəncşir "Taliban"ın nəzarətində deyil" - Müqavimət qüvvələrindən açıqlama
    • 6-09-2021, 11:10
    • 315

"Pəncşir "Taliban"ın nəzarətində deyil" - Müqavimət qüvvələrindən açıqlama

Pəncşirdəki müqavimət qüvvələri vilayətin "Taliban"ın nəzarətinə keçməsi xəbərini təkzib edib.

News24.az xəbər verir, müqavimət qüvvələri hazırda cəbhə boyu bütün strateji mövqelərdə olduqlarını açıqlayıblar. 

Həmçinin qeyd ediblər ki, ədalət və azadlıq bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.