Ağdama getmək istəyənlərin nəzərinə! - Prezidentin xüsusi nümayəndəsi açıqladı
    • 6-09-2021, 11:54
    • 242

Ağdama getmək istəyənlərin nəzərinə! - Prezidentin xüsusi nümayəndəsi açıqladı

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

News24.az xəbər verir ki, E. Hüseynov bu barədə "Twitter" hesabında məlumat yayıb. 

O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.