Portuqaliya millisinin məşqçisi: "Azərbaycan müdafiədə yaxşı oynayır" - FOTO
    • 6-09-2021, 17:55
    • 415

Portuqaliya millisinin məşqçisi: "Azərbaycan müdafiədə yaxşı oynayır" - FOTO

"Azərbaycan millisi xüsusilə, müdafiədə daha yaxşı oynayır. Ancaq yarımmüdafiədə də güclüdür. Çalışacağıq sabah yaxşı təşkilatlanmış komanda kimi oynayaq".

News24.az-ın məlumatına görə, bunu mətbuat konfransında Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib. 

Fernando Santuş sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada bütün situasiyalara hazır olduqlarını qeyd edib: "Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayır, bəzən isə əksinə. Azərbaycanın futbolçularını tək-tək təhlil etməmişik. Amma bilirik ki, komandanın yaxşı potensialı və təcrübəli məşqçisi var. Bizə qarşı yaxşı oyun göstərmək istəyəcəklər. Fikrimiz oyunda olacaq, nəinki ayrı-ayrı futbolçularda".  

Foto/Müxbir: Teymur Məmmədov