Tovuzda oğurluq edən yeniyetmə saxlanıldı
    • 7-09-2021, 12:00
    • 224

Tovuzda oğurluq edən yeniyetmə saxlanıldı

Tovuzda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Əli Cəfərov saxlanılıb. 

Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda 20-yə yaxın vətəndaşın evindən qızıl-zinət oğurladığı məlum olub. Satdığı əşyalardan 18 000 manatdan çox pul əldə edən Ə. Cəfərov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Rayonun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qanunsz olaraq daxil olub, oradan 800 manat dəyərində qızıl-zinət əşyası və 400 manat nağd pul oğurlamaqda şübhəli bilinən rayonun Cəlilli kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Məmmədov saxlanılıb. Onun daha bir bir cinayət əməli aşkar edilib. Belə ki, S. Məmmədov həmkəndlisinin evindən 150 manat dəyərində qızıl-zinət əşyası və 50 manat nağd pul oğurlayıb.

Rayon sakininə məxsus avtomobildən 300 manat nağd pul oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan rayon sakini saxlanılıb.

Qeyd edək ki, həmin şəxs cari ilin iyul ayında vətəndaşa məxsus ümumi dəyəri 400 manat olan elektrik avadanlıqlarını oğurlayıb.

Faktlarla bağlı tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.