Bakıda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
    • 7-09-2021, 16:36
    • 419

Bakıda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda sexdə baş verən yanğın söndürülüb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu gün günorta saatlarında FHN-in“112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının asma tavan və dam örtüyü istehsalı sexinin anbarında baş verdiyi müəyyən olunub.

Yanğının mürəkkəbliyinə, obyektin ərazisində böyük həcmdə tezalışan mal-materialların (boya, sintetik məhsullar, taxta və s.) mövcudluğuna və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək bitişik anbarlara keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülməsi təmin olunub.

Obyektin böyük hissəsi, o cümlədən bitişik anbarlar yanğından mühafizə olunub.

14.01

Bakıda sexdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.