Əfqanıstanın keçmiş prezidenti xalqdan üzr istədi:
    • 8-09-2021, 17:51
    • 365

Əfqanıstanın keçmiş prezidenti xalqdan üzr istədi: "Təəssüf hissi keçirirəm"

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani ölkədən qaçdıqdan sonra ilk açıqlamasını edib.

News24.az xəbər verir ki, Ə.Qani "Twitter" hesabında Əfqanıstanı tərk etməyin onun üçün ən çətin qərar olduğunu açıqlayıb. O, bu hərəkətinə görə Əfqanıstan xalqından üzr istəyib: "Sonumun sələflərim kimi faciəli olmasından dərin təəssüf hissi keçirirəm. Sabitlik və firavanlıq yarada bilmədim. Vəziyyəti dəyişə bilmədiyim üçün əfqan xalqından üzr istəyirəm".