Putin ölən nazir haqda danışdı
    • 8-09-2021, 18:58
    • 289

Putin ölən nazir haqda danışdı

Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də Norilskdə keçirilən təlim zamanı ölən Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevin yaxınlarına teleqram göndərib.

News24.az
xəbər verir ki, teleqramda nazirin etibarlı, sadiq dost və ən yüksək səviyyəli peşəkar olduğunu qeyd edilib. Putin Ziniçevin ölüm xəbəri heyrətə düşdüyünü etiraf edib: "Əsl hərbi zabiti, yoldaşı, hamımıza yaxın böyük daxili gücü, cəsarəti olan bir şəxsi itirdik. Mənim üçün bu, geri gəlməyəcək şəxsi itkidir".