Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olundu - Foto
    • 9-09-2021, 13:18
    • 808

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olundu - Foto

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandan təyin olunub.

News24.az xəbər verir ki, general-leytenant Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edib.

Mixail Kosobokov bu gün Ermənistana səfər edib. O, Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.