Rüstəm Muradov erməni əsirliyində saxlanılan Cəmil Babayevə baş çəkib
    • 3-09-2021, 14:24
    • 710

Rüstəm Muradov erməni əsirliyində saxlanılan Cəmil Babayevə baş çəkib

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib.

News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, C.Babayevin saxlanma şəraiti ilə tanış olub.

R.Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb.