-
- 10-09-2021, 11:32
- 412
Tərbiyəçi, sən demə, 2 il öncə uşağı döyüb və İŞİNDƏN QOVULUB - VİDEO
Dünəndən etibarən sosial şəbəkələrdə uşaq evində çalışan tərbiyəçinin uşağı döyməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, müəllim uşağı döyür, daha sonra videoya çəkildiyini görüb, onu qucaqlayır.
News24.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.
Məsələ ilə bağlı rəsmi qurumun mövqeyini öyrənməzdən əvvəl hadisəni araşdırmaq qərarına gəldik. Nəticədə məlum oldu ki, sən demə, bu hadisə 2019-cu ilin 29 dekabr tarixində baş verib.
Hadisə 2020-ci ilin yanvar ayında yenidən gündəmə gəldiyi üçün Oxu.az-ın əməkdaşları rəsmi nümayəndələrin mövqeyini öyrənib.
Direktor Sevda Hacıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən ilin 2019-cu ildə dekabrın 29-da baş verib: “Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova Elnurə Qüdrət qızı vəzifəsindən azad edildi. O, uşağa qarşı bu cür hərəkəti edib, cəzasını da alıb. Mən 20 ildir direktor işləyirəm və hər zaman da demişəm ki, bir adam uşağa əl qaldıra bilməz. Heç kimin səlahiyyəti yoxdur ki, ona əl qaldırsın. Müəllim uşağı vura bilməz, ancaq tərbiyə verə bilər. 20 ildir mən ancaq o sözü deyirəm. Öz səhvi ucbatından başına iş açdı. Çox yaxşı müəllim idi, fəxri fərmanları da var idi”.
Məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də açıqlama verilib.
Bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür: “Qeyd edilmiş hadisə 2019-cu ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub”.
Tərbiyəçinin uşağı döyməsi barədə görüntüləri təqdim edirik: