Təhsil ekspertindən SƏRT SÖZLƏR: "Məktəblər repetitorların qarşısında MƏHV OLUB, ÖLÜB
    • 10-09-2021, 13:07
    • 313

Təhsil ekspertindən SƏRT SÖZLƏR: "Məktəblər repetitorların qarşısında MƏHV OLUB, ÖLÜB"

"Azərbaycan təhsili, Azərbaycan məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub, ölüb. Bu gün həlledici rol repetitor və hazırlıq kurslarına məxsusdur. Bu dəhşətli bir tendensiyadır". 

News24.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz Feysbuk hesabında yazıb.

O bildirib ki, mütləq şəkildə qəbul imtahanları sadələşdirilməlidir: "Ən yaxşı halda qəbul imtahanında yalnız 10 və 11 ci sinif dərsliklərindən istifadə olunmalıdır ki, şagirdlər az kitab oxuyub özləri fərdi qaydada hazırlaşsın. Yazıq abituriyentlər altı-yeddi fəndən hazırlığa gedir, pul ödəyir, vaxt itirir. Bəs, orta məktəb nə edir? Ölkə kölgə təhsilindən xilas olmalıdır. Məktəb şagirdlər üçün hazırda vaxt itkisindən başqa bir şey deyil".